Afrində radikal qruplaşmanın onlarla üzvü əsir götürülüb - VİDEO

Afrində radikal qruplaşmanın onlarla üzvü əsir götürülüb -

Afrində üç gün sürən silahlı qarşıdurmalardan sonra burada bir qruplaşma Türkiyə Ordusuna və onunla müttəfiq olan qüvvələrə təslim olub.

SalamNews xəbər verir ki, Türkiyə KİV-ləri Afrində Türkiyə Ordusu və onunla müttəfiq olan qruplaşmalara silah qaldıran “Təcəmmu Şuhəda əş-Şərqiyyə” qruplaşmasının onlarla üzvünü əsir götürüb.

Qeyd edək ki, son 3 gündə Hələb əyalətinin şimalındakı Afrin rayonunda Türkiyə qüvvələri də daxil olmaqla qruplaşmalar arasında qanlı döyüşlər gedib.

Müxalifət yönümlü “Suriya İnsan Hüquqları Müşahidə Qrupu” bildirib ki, döyüşlər Türkiyə Ordusu qüvvələri və onun “Zeytun Budağı” əməliyyatları tərkibində olan müxtəlif qruplaşmalarla “Təcəmmu Şuhəda əş-Şərqiyyə” qruplaşması arasında gedib.

Atışmaların əvvəlində Türkiyə Ordusu bitərəf qalmağa və vasitəçilik etməyə çalışsa da sonda döyüşlərə qatılmalı olub.

SİHMQ bu qarşıdurmalarda minimum 25 nəfərin öldüyünü deyib.

Qeyd edək ki, Türkiyə Ordusu və onun dəstəklədiyi müxtəlif yönümlü qruplaşmalar cari ilin martında “Zeytun Budağı” adlı əməliyyat çərçivəsində Afrin rayonunu YPG və PYD kürd separatçı qruplaşmalarından təmizləmişdilər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
710 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...