ABŞ hərbçiləri Əfqanıstandan qaçmağa yol axtarırlar - Vitse-prezident

ABŞ hərbçiləri Əfqanıstandan qaçmağa yol axtarırlar -

ABŞ hakimiyyəti və hərbi qüvvələri Əfqanıstandakı vəziyyəti anlamır, döyüşmək üçün stimulları yoxdur və ölkəni tərk etmək istərdilər.

Trend-in məlumatına görə, bunu RİA Novosti-yə müsahibəsində Əfqanıstanın vitse-prezidenti Məhəmməd Mohakik deyib. O qeyd edib: "Düşünürəm ki, beynəlxalq qüvvələrin və ABŞ-ın Əfqanıstanda döyüşmək üçün stimulları yoxdur və onlar Əfqanıstandan çıxış, qaçış yolları axtarırlar. Amerikalılar ölkədəki vəziyyəti anlamırlar".

Vitse-prezident bildirib ki, ABŞ-ın Əfqanıstandakı qoşunları diqqəti şəhərlərin müdafiəsinə cəmləyib və Prezident Donald Tramp bu yaxınlarda hərbçilərin şəhər ətraflarından və uzaq rayonlardan çıxarılmasını əmr edib:

"O anlamır ki, əgər hərbçilər şəhər ətraflarından çıxsalar, "Taliban" üzvləri sakit dayanmayacaq, şəhərlərə yaxınlaşacaqlar". M.Mohakik həmçinin deyib ki, "Taliban" naməlum kanallarla müasir silahlar alır: "Bu silahlar bir neçə xüsusi bölməni çıxmaq şərtilə, heç Əfqanıstan ordusunda yoxdur. Onlara gizli şəkildə dəstək və kömək göstərilir. Onları kimin dəstəklədiyini bilmirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
593 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...