Sarqsyanın qardaşı oğlunu “qanuni oğru” ələ verib

Sarqsyanın qardaşı oğlunu “qanuni oğru” ələ verib

Bu ilin iyulunda axtarışa verilən Serj Saqrsyanın qardaşı oğlu Narek Sarqsyan kriminal avtoritet Andrenik Soqoyan tərəfindən hüquq-mühafizə orqanlarına təslim edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Jamanak” nəşri məlumat yayıb.

“Ermənistanın yeni hökuməti kriminal avtoritetlərlə sıx əməkdaşlığa başlayıb. Ermənistan polisinin yaydığı məlumatda N.Sarqsyanın İnterpol vasitəsilə saxlanılmasını açıqlamasına baxmayaraq, əldə etdiyimiz informasiyaya görə, onu kriminal Avtoritet A.Soqoyan ələ verib”, - nəşr yazıb.

Xatırladaq ki, dekabrın 7-də Çexiyanın paytaxtında saxlanılan N.Sarqsyanın Qvatemala vətəndaşı kimi ölkəyə daxil olduğu və özünü Franklin Qonsales adı ilə təqdim etdiyi bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
605 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...