Ukrayna Ali Radasında deputatlar əlbəyaxa olublar - VİDEO

Ukrayna Ali Radasında deputatlar əlbəyaxa olublar -

Ukrayna Ali Radasının deputatları arasında kütləvi dava baş verib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"NewsOne" telekanalının yayımladığı videokadrlarda deputatların bir-birinin üzərinə yumruqla hücum etdiyi görünür. Qarşıdurmanın səbəbkarları deputatlar - Yuri Beryoza və Nestor Şufriç olub.

Belə ki, N.Şufriç tribunada siyasətçi Viktor Medvedçukun tənqid edildiyi plakatın asılmasına narazılığını bildirib. O, posteri qopartmasından sonra həmkarı Y.Beryoza ona hücum edib. Ardından iki deputatın qarşıdurması kütləvi davaya çevrilib və bundan daha çox deputat Yuri Boyko əziyyət çəkib.

Dava Ukrayna Pravoslav Kilsəsini adından məhrum edə biləcək qanuna görə səsvermədən sonra baş verib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
671 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...