İran Atlantik okeanına hərbi gəmi göndərəcək

İran Atlantik okeanına hərbi gəmi göndərəcək

İran Dəniz Qüvvələri İkinci Komandanlığı cari ilin mart ayından Atlantik okeanının qərbinə hərbi gəmi göndərəcək.
Bunu İslam Respublikası Silahlı Qüvvələri Dəniz Qoşunlarının komandanı əvəzi, kontr-admiral Turac Həsəni-Müqəddəm deyib. Onun sözlərinə görə, ordunun bir eskadrilyasının Atlantik okeanına göndərilməsi İran Ali Baş Komandanlığının göstərişinin icrası, ucqar sularda milli maraqların qorunması, “İranofobiya” planının zərərsizləşdirilməsi və dənizçilik xətlərinin təhlükəsizliyinin təmini edilməsi məqsədi daşıyır.

Komandan əvəzi bildirib ki, bu hərbi gəmi tapşırıq müddətində Yer kürəsini dolanacaq: “Səhənd” helikopterdaşıyan esminesi Atlantik okeanında tapşırıq icra olunduğu müddətdə həmin gəmini müşayiət edəcək”. Turac Həsəni-Müqəddəm bildirib ki, ordunun 59-cu eskadriliyası da hazırda Ədən körfəzində və Hind okeanının on dərəcəlik meridianında tapşırıq yerinə yetirir. “Report” qeyd edir ki, Vaşinqton İranın bu addımına rəsmi münasibət bildirməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...