Qazaxıstanı çalxalayan erməni tutuldu

Qazaxıstanı çalxalayan erməni tutuldu

Qazaxıstanda Yeni İl axşamı yerli sakini qətlə yetirən Ermənistan vətəndaşı Narek Qururyan tutulub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Narek Qururyanın (1997-ci il) Rusiya ərazisində tutulduğu və tezliklə Qazaxıstana ekstradisiya olunacağı gözlənilir.Qeyd edək ki, Qazaxıstanın Karaqanda şəhərindəki “Qədim Roma” kafesində baş verən qətldən sonra Ermənistan rəhbərliyi kifayət qədər narahat olub. Lakin Qazaxıstanın müvafiq qurumları şübhəli bilinən Narek Qururyanın ələ keçirilməsi üçün tədbirlər görür. Onun hətta Rusiyaya qaçdığı barədə də məlumat var. Lakin görünür Qururyan Ermənistana qaçdığı üçün qazaxlar onu İrəvanda axtarır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...