İrəvanda yeni parlament işə başladı: İclası Həsənov açdı

İrəvanda yeni parlament işə başladı:

Ermənistanın yeni parlamenti özünün ilk iclasına start verib.

Axar.az xəbər verir ki, iclası ənənəvi olaraq parlamentin ən yaşlı deputatı kürd əsilli 74 yaşlı Knyaz Həsənov açıb. Parlamentin ilk iclasına Ermənistan Prezidenti Armen Sərkisyan və bütün ermənilərin katolikosu II Qaregin də qatılıb.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkisi dekabrın 9-da baş tutub. Seçkidə qələbəni Nikol Paşinyanın rəhbərlik etdiyi Mənim Addımım Bloku (88 deputat) qazanıb. Ondan sonrakı yerlərdə isə Çiçəklənən Ermənistan (26 deputat) və İşıqlı Ermənistan (18 deputat) partiyaları qərarlaşıb. Parlamentdə həmçinin 4 etnik azlıq – kürd, yezidi kürd, rus və aysorları təmsil edən deputatlar olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
588 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...