Ermənistan çaylarımızı çirkləndirir

Ermənistan çaylarımızı çirkləndirir

Gürcüstan və Ermənistan ərazisindən keçərək gələn çaylarda çirkləndiricilərin miqdarı normadan çoxdur.
Axar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində biogen və spesifik çirkləndiricilərin miqdarının normadan artıq olması müşahidə olunub.

Yanvar ayının II ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibindəki fenollar Kür çayı üzrə Şıxlı-2 məntəqəsində 2,3, Ağstafa su anbarı Musaköy kəndində 1,3, Ağstafaçayda-Qazax şəhərində 1,4, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 1,8-2,2 dəfə, biogen maddələrdən nitritlərin miqdarının isə 1,5-1,9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,88-6,50 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...