Venesuelada kütləvi etirazlar – ABŞ əhalini Maduronu devirməyə çağırdı

Venesuelada kütləvi etirazlar –

Venesuelada hökumət əleyhinə etiraz aksiyaları şiddətlənir. Artıq ordu ilə aksiya iştirakçıları arasında qanlı toqquşma qeydə alınıb.

Avropa.info xəbər verir ki, Venesuelanın paytaxtı Karakasda iğtişaşlar davam edir.

Aksiya iştirakçıları küçələrdə barrikadalar qurub və prezident Nikolas Maduronun istefasını tələb edən şüarlar səsələndirirlər. Onlar etiraz olaraq qazanları döyəcləyirlər. Polis və ordu aksiyanı yatırtmağa cəlb olunub.

Güc qüvvələri aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edirlər. Artıq baş verən qarşıdurmada yaralıların və ölənlərin olduğu da bildirilir. Gecə saatlarında isə 30 aksiya iştirakçısının həbs edildiyi barədə də məlumat yayılıb.

Qeyd edək ki, bir müddət aksiyalara ara verilsə də, bazar günü hərbi birliyin hökuməti devirmək cəhdinin boşa çıxamasından sonra yenidən başlayıb. İnsanlar küçəyə dövlət çevrilişi cəhd etmək istəyən hərbçilərə dəstək vermək üçün çıxıblar.

Bu gün paytaxt Karakasda güclü qarşıdrumanın baş verəcəyi gözlənilir. Venesuela parlamentində müxalifətin lideri Xuan Quido xalqı ölkə başçısına və onun tərəfdarılarına etiraz etmək üçün xalqı küçələrə çıxmağa səsləyib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela xalqına xitabən yayımladığı videoda Latın Amerikası ölkəsində demokratiyanın yenidən təsis edilməsi üçün ölkəsinin “sarsılmaz dəstək” verdiyini söyləyib. Pens Venesuela prezidenti Nikolas Maduronu diktator adlandırıb.

Vitse-prezident Maduronun iqtidarda olmaq hüquq olmayan bir diktator olduğunu söyləyib.

Venesuala prezidenti Nikolas Maduro isə vitse-prezidentin bu bəyanatından sonra ABŞ-la diplomatik münasibətləri kəsəcəyini bəyan edib. Bununla bağlı Venesula prezidenti Xarici İşər Nazirliyinə xüsusi göstəriş verib.

“Mən Venesuelanın XİN rəhbərinə ABŞ-la bütün münasibətlərə baxmağa və siyasi tədbirlər görmək barədə göstəriş verdim”, – Maduro deyib.

Venesuela prezidenti bu addımı ABŞ-ın vitse-prezidenti Mayk Pensin müxalifət lideri Xuan Quidonu dəstəkləməsi və Maduronu diktator adlandırması və ölkədə qanuni hakimiyyətə sahib olmaması barədə işlətdiyi ifadədən sonra atıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
609 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...