Rusiyalı senator iclas zalında həbs olunub

Rusiyalı senator iclas zalında həbs olunub

Rusiyalı senator Rauf Araşukov Federasiya Şurasının toplantısı zamanı iclas zalında həbs olunub.
“Report” TASS-a istinadən xəbər verir ki, onun adı “Adıge-Xase” Gənclər Hərəkatının sədri, 36 yaşlı Aslan Jurkovun qətlində hallanır.


A.Jurkov 2010-cu ilin martında yaşadığı evin qarşısında güllələnib. R.Araşukov gənclər hərəkatı sədrinin qətlində əlinin olması ittihamını rədd edir.

Qeyd edək ki, 32 yaşlı R.Araşukov Qaraçay-Çərkəz Respublikasından Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü (senator) seçilib. O, təbii qaz sənayesinin tanınmış sahibkarı Raul Turkbiyeviç Araşukovun oğuludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...