Gürcüstanda cinayətkarlıq 50%-dən çox artıb, 38 min faktın üstü açılmayıb

Gürcüstanda cinayətkarlıq 50%-dən çox artıb,

Ötən il Gürcüstanda 58 mindən çox cinayət faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.
Bu göstərici illik müqayisədə 53,94% çoxdur. 2018-ci ildə törədilən cinayətlərin yalnız 20 mininin (34,64%) üstü açılıb.
Ötən il qonşu ölkədə qəsdən adamöldürmə halları da artıb. Hesabat dövründə, ümumilikdə, 75 qəsdən adamöldürmə faktı qeydə alınıb ki, bu da illik müqayisədə 11,94% çoxdur.

2018-ci ildə ailədə zorakılıq halları 2017-ci ilin analoji göstəricisi ilə müqayisdə 122,17% artaraq 4,7 minə çatıb.
Hesabat dövründə Gürcüstanda 1,9 mindən çox oğurluq və 374 soyğunçuluq faktı qeydə alınıb. Oğurluq halları illik müqayisədə 86,54%, soyğunçuluq halları isə 28,52% artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
676 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...