Bişkek- Moskva reysi yubanır - "Bomba var" dedilər...

Bişkek- Moskva reysi yubanır -

Bişkekdən Moskvaya uçan sərnişin təyyarəsi aeroporta partlayıcı qurğu qoyulması ilə bağlı anonim xəbər səbəbindən ləngiyib.

Trend-in məlumatına görə, hazırda "Aeroflot"un sərnişinləri təyyarənin göyərtəsindədirlər və aeroportdan havaya qalxa bilmirlər. Qeyd edək ki, bu gün yerli vaxtla saat 15:00-da Qırğızıstanın Manas aeroportuna partlayıcı qurğu yerləşdirilməsi barədə hüquq-mühafizə orqanlarına anonim məlumat daxil olub.

Anonim zəngdən dərhal sonra hava limanında sərnişinlər və işçi heyət təxliyə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
563 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...