Bu, insanlıq qarşısında məsuliyyətimizdir - Nazarbayev

Bu, insanlıq qarşısında məsuliyyətimizdir -

Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmanın pozulması təhlükəsinə qarşı sülhün tərəfdarı olan ölkələr çıxmalıdırlar.

Axar.az xəbər verir ki, bunu xarici ölkə səfirlərinin etimadnamələrinin qəbulu zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev deyib.

“Biz bilirik ki, beynəlxalq münasibətlərdə kəskin dəyişikliklər var. Xüsusilə hər kəsi nüvə silahlarına malik ölkələrin toqquşması narahat edir. Bununla əlaqədar Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasının pozulması təhlükəsini qeyd etmək lazımdır. Sülh tərəfdarı kimi çıxış edən ölkələr bu qlobal fəlakətə qarşı müqavimət göstərməlidirlər. Bu bizim bütün insanlıq qarşısındakı tarixi məsuliyyətimizdir”, – deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...