Taliban: ABŞ ordusunun yarısını çıxaracaq

Taliban: ABŞ ordusunun yarısını çıxaracaq

ABŞ aprelin sonuna qədər Əfqanıstandan öz qoşunlarının yarısını çıxarmaq vədi verib.

Axar.az xəbər verir ki, bunu Talibanın nümayəndəsi Moskvada jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qoşunların Əfqanıstandan tam çıxarılması qrafiki ABŞ nümayəndələri ilə növbəti görüşlərdə müzakirə ediləcək.

Qeyd edək ki, ABŞ ordusu 2001-ci ildən Əfqanıstandadır. Prezident Tramp Talibanla aparılan danışıqların müsbət nəticə verəcəyi təqdirdə bu ölkədəki 14 minlik hərbi kontingentin 7 mininin çıxarılacağını açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
594 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...