Klinton Trampı tənqid etdi: “Putin üçün əsl hədiyyədir”

Klinton Trampı tənqid etdi:

ABŞ prezidenti Donald Trampın ölkəsini orta və yaxın mənzilli raketlər üzrə razılaşmadan çıxarması barədə açıqlaması keçmiş Dövlət katibi Hillari Klinton tərəfindən tənqid olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o bunu Putin üçün hədiyyə adlandırıb.

“Hələ Obamanın vaxtında biz Rusiyanın müqavilə şərtlərini pozduğunu bilirdik. Amma müqavilədən çıxmaqla Moskva öz “cığallığına” görə cəzalanmamış qaldı. Amma prezident olsaydım diplomatik yanaşma sərgiləyərdim. Çünki nüvə yarışına daxil olmaq hazırda dünya üçün lazım olan ən sonuncu məsələdir”.

Tramp fevralın 1-də ABŞ-ın orta və yaxın mənzilli raketlər üzrə razılaşmadan çıxdığını elan etmişdi. Moskva buna adekvat cavab verəcəklərini açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...