ABŞ dünyada özünə təhlükə olan 3 dövləti açıqladı

ABŞ dünyada özünə təhlükə olan 3 dövləti açıqladı
Rusiya, Çin və İran ABŞ üçün əsas təhdidlər sırasındadır.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qlobal Qarşılıqlı Fəaliyyət Mərkəzinin yeni rəhbəri olacaq Lia Qabriel deyib.

O, ABŞ-a qarşı təhdidlər siyahısına terror təşkilatlarını da daxil etdiyini bildirib. Onun sözlərinə görə, terrorçular və düşmən ölkələr ABŞ-a qarşı daha ucuz, rahat olduğu üçün təbliğat və dezinformasiyalardan istifadə edirlər.

Qeyd edək ki, Qabriel 11 fevralda öhdəliklərinin rəsmi icrasına başlayacaq.

Qabriel bundan öncə orduda və kəşfiyyat xidmətində fəaliyyət göstərib. Daha sonra isə “Foks Nyus” və NBC televiziyalarında çalışıb. Onun həyatının böyük hissəsi tam məxfi qrifiylə gizlədilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
645 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...