Vladimir Putin: “Türkiyə ilə birlikdə Suriyada əhəmiyyətli yol qət etmişik”

Vladimir Putin: “Türkiyə ilə birlikdə Suriyada əhəmiyyətli yol qət etmişik”

“Türkiyə ilə birlikdə Suriyadakı tərəflər arasında dialoqa yeni impuls verə biləcəyimizə əminəm”.
“Report” “Anadolu” agentliyinə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə üçtərəfli toplantıdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.


O, Suriya böhranının həlli üçün fəaliyyətin davam etdirildiyini vurğulayıb: “Türkiyə ilə birlikdə həyata keçirdiyimiz fəaliyyət nəticəsində Suriyada əhəmiyyətli bir yol qət etmişik. Suriyada hədəfimizə fəal, əhatəli fəaliyyət və qarşılıqlı razılaşmalarla çata bilərik. Türkiyə və İranla bu gün gerçəkləşdirəcəyimiz 3 tərəfli toplantıda Suriyada tərəflər arasında dialoqa yeni impuls verə biləcəyimizə əminəm”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Fərat çayının şərqi terrorçu PKK/YPG-PYD qruplaşmasından təmizlənməyənədək Suriyanın ərazi bütövlüyü bərpa olunmayacaq və bunu qoruyub saxlamaq mümkün olmayacaq. O, Suriyada təhlükəsizlik bölgəsinin yaradılması ideyasını Türkiyənin milli təhlükəsizliyi baxımından dəstəklədiklərini vurğulayıb: “Bu məsələyə Rusiyanın da müsbət yanaşmasından məmnunuq”.

Qeyd edək ki, bu gün Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran Prezidenti Həsən Ruhani arasında Suriya məsələsinə dair üçtərəfli görüş olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
607 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...