Putin: "Dünyada tamamilə müstəqil ölkə yoxdur"

Putin: "Dünyada tamamilə müstəqil ölkə yoxdur"

Dünyada heç bir ölkə tam müstəqilliyə malik deyil.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Belarusiya lideri Aleksandr Lukaşenkoyla görüşdən sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında söyləyib.

"Dünyada tamamilə müstəqil dövlətlər sadəcə mövcud deyillər ... Müasir dünya — bu qarşılıqlı asılılıqların dünyasıdır",- deyə Putin qeyd bildirib.

Lukaşenko da öz növbəsində jurnalistlərin suallarına cavab verərək, müstəqilliyin Rusiya və Belarus üçün müqəddəs olduğunu deyib.

O vurğulayıb ki, hansısa tərəfin suverenliyini müzakirə etmək fikrində deyil: “Rusiya və Belarusun suverenliyi bir ikonadır, müqəddəsdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
582 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...