Tramp Türkiyəyə bu adamı səfir göndərir

Tramp Türkiyəyə bu adamı səfir göndərir

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfir vəzifəsinə öz namizədinin adını açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Tramp ABŞ-ın Türkiyədəki səfiri vəzifəsini ABŞ Dövlət katibinin Yaxın Şərq İşləri üzrə köməkçisinin səlahiyyətlərinin müvəqqəti icraçısı Devid Satterfildin namizədliyini irəli sürüb.

Qeyd edək ki, Satterfild 2017-ci ildən etibarən Mayk Pompeonun Yaxın Şərq işləri üzrə köməkçisinin səlahiyyətlərinin müvəqqəti icraçısıdır. Bu vaxta qədər o, ABŞ dövlət katibinin Liviya üzrə xüsusi müşaviri olub, eləcə də ABŞ-ın Misir, İraq, Livan, Suriya, Səudiyyə Ərəbistanıdakı səfirliklərində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
617 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...