Tramp Avropaya söz verdi - Tariflər artırılmayacaq

 Tramp Avropaya söz verdi -

ABŞ prezdenti Donald Tramp Avropa İttifaqı (Aİ) Komissiyasının rəhbəri Jan-Klod Yunkerə söz verib ki, hələlik Avropadan idxal olunan avtomobillərə əlavə gömrük rüsumu qoymayacaq.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Avrokomissiyanın rəhbəri bunu Almaniyanın “Stuttgarter Zeitung” qəzetinə müsahibəsində deyib.

“Tramp mənə söz verdi ki, hələ avtomobillərə heç bir əlavə tarif tətbiq edilməyəcək. Mən bu vədə sizin güvənə biləcəyiniz bir şey kimi baxıram” – Yunker bildirib.

Lakin Avrokomissiyanın rəhbəri ABŞ prezidentinin bu sözü nə zaman verdiyini açıqlamayıb. Bununla belə vurğulayıb ki, Trampın vədinə sadiq qalmayacağı təqdirdə Aİ da dərhal reaksiya verərək ABŞ-dan daha çox soya və maye qaz alacağına dair verdiyi sözə əməl etməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...