"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi

"Air France" aviaşirkəti Venesuelaya reysləri ləğv etdi

Fransanın "Air France" aviaşirkəti Venesuelaya və oradan olan ən yaxın təyyarə reyslərinin fevralın 26-dək ləğvinə dair qərar qəbul edib. RİA "Novosti" xəbər verir ki, bu barədə şirkətin kommünikesində bildirilib.

Məlumata görə, ləğv prosesi fevralın 23, 24 və 25-də olan reyslərə aiddir. Belə ki, həmin dövrdə müxalifət tərəfindən elan edilmiş ölkəyə humanitar yardım çatdırılacaq. Prezident Nikolas Maduro hökuməti isə qəti şəkildə bu yardımın çatdırılmasına qarşı çıxır.

"Air France" nümayəndəsi uçuşların təhlükəsizliyə görə ləğv edildiyini açıqlayıb. Sərnişinlərə uçuş tarixlərini heç bir cərimə olmadan dəyişmək təklif olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...