Arktika Rusiyaya verilməyəcək - ABŞ generalı

Arktika Rusiyaya verilməyəcək -

ABŞ Rusiya və Çinə Arktikada hökmranlıq etməyə, eləcə də şimal dəniz yollarına nəzarət etməyə imkan verməyəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin Avropa və Afrikadakı Komandanlığının rəhbəri admiral Ceyms Foqqo deyib. Onun sözlərinə görə, bu region Arktika Şurasına daxil olan bütün ölkələr tərəfindən eyni haqlarla istifadə edilməlidir:

“Rusiya Arktikanı öz ərazisi sayır. Əslində bu, beynəlxalq ərazilərdir. Biz onun hər kəs üçün açıq və azad olmasında maraqlıyıq. Amerika şirkətləri şimal dəniz yolunun istifadəsində maraqlı deyillər. Səbəb ondan ibarətdir ki, bu yolun yerləşdiyi suların dərinliyin bizim gəmilər üçün yetərli deyil”.

Qeyd edək ki, Arktika Şurası 1996-cı ildə yaradılıb. Buraya Danimarka, İsveç, Finlandiya, Rusiya, Kanada, İslandiya və Norveç daxildir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
603 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...