Putinin hərbi bloku Baş katibsiz qalacaq – Paşinyan güzəştə getmədi

Putinin hərbi bloku Baş katibsiz qalacaq –

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daha 1 il Baş katibsiz qalacaq. Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.

“Təyinatın 2020-ci ildə baş tutacağı gözlənilir. Təşkilatda problemlər yoxdur, hər şey plan üzrə gedir”-deyə qəzetə adı açıqlanmayan mənbə məlumat verib.

Baş katib postuna Belarusdan olan namizəd Stanislav Zas KTMT-a üzv 6 ölkənin 5 dövlət rəhbəri (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) tərəfindən qəbul olunsa da Ermənistanın baş naziri Nikol Paşinyan bu addımı atmaqdan imtina etmişdi.

Rəsmi Yerevan təşkilatın hüquqi bazasının dəyişdirilməsini, KTMT sədrinin vaxtından əvvəl postundan getməsi zamanı qaydaların müəyyənləşməsini təklif edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...