Gül və Davudoğlu yeni partiya yaradır – Şok detal

Gül və Davudoğlu yeni partiya yaradır –

Türkiyədə yeni partiya yaradılması ilə bağlı iddialar gündəmə çevrilib. Axar.az xəbər verir ki, Türkiyə mətbuatı yeni yaradılacaq partiyanın liderlərinin eks-prezident Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlu olacağını yazıb.

Oda TV nəşri məsələ ilə bağlı maraqlı bir məqama diqqət çəkib: “İctimaiyyətdə bu məsələnin müzakirə edildiyi bir vaxtda diqqətçəkən bir təşəbbüs baş verib. İnternetdə “Yenibirparti.org” adlı sayt fəaliyyətə başlayıb”, - nəşr yazıb.

Saytın məlumat hissəsində partiyanın siyasətinin və siyasi vədlərinin partiya heyətinin kölgəsində qalmaması üçün qurucuların və partiyanın adının daha münasib bir vaxtda açıqlanacağı qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
640 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...