Sarkisyanla Ohanyan üzləşdirildi - Keçmiş nazir özünü pis hiss etdi

Sarkisyanla Ohanyan üzləşdirildi -

Ermənistan İstintaq Xidmətində sabiq prezident Serj Sarkisyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın üzləşdirilməsi həyata keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, üzləşdirmə 2008-ci il 1 mart hadisələrinə görə yox, Mehri istiqamətində yerləşən dəmiryolu xəttinin relslərinin satılması ilə bağlı olub.

“Seyran Ohanyan ilkin ifadəsində bu addımın Sarkisyanın əmri ilə icra edildiyini deyib. Amma üzləşdirmə zamanı vəziyyət dəyişib. Ohanyan narahatlıq keçirib və üzünü qaldıraraq keçmiş prezidentin gözlərinə baxa bilməyib. Müstəntiqin relslərin kimin əmri ilə çıxarılaraq satılması barədə sualına cavab olaraq isə ilkin ifadəsindən imtina edib”- deyə “Qrapark” qəzeti öz mənbəsinə istinadən xəbər verib.

Sarkisyan isə Mehridə dəmir yolu xəttinin sökülməsi barədə göstəriş vermədiyini, amma prosesdən xəbərdar olduğunu etiraf edib. O, satışdan əldə edilən gəlirin ordunun ehtiyaclarına xərcləndiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
552 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...