Pakistan bütün təyyarələr üçün hava məkanını bağladı

Pakistan bütün təyyarələr üçün hava məkanını bağladı

Pakistan hava məkanını kommersiya reysləri üçün qapadıb.

Axar.az xəbər verir ki, bu məlumatı Pakistan Mülki Aviasiya İdarəsi öz Tvitter səhifəsində paylaşıb. Qərarın Hindistan ordusuna məxsus iki təyyarənin vurulmasından sonra qəbul edildiyi vurğulanıb.

Qeyd edək ki, bundan öncə Pakistan hava məkanını pozan iki Hindistan təyyarəsini məhv edib. Pakistan insident nəticəsində 1 hind pilotunun həbs edildiyini, digərlərinin isə axtarışının davam etdirildiyini bildirib.

Hindistan tərəfi də bir Pakistan qırıcısını vurduğunu açıqlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
614 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...