Azərbaycanlıların və ermənilərin iştirakı ilə atışma: 1 ölü, 3 yaralı

Azərbaycanlıların və ermənilərin iştirakı ilə atışma:

Rusiyanın Volqoqrad vilayətində azərbaycanlılar, ermənilər və dağıstanlılar arasında kütləvi dava baş verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Frolovo şəhərindəki mağazalardan birində baş verən atışmaya səbəb dağıstanlı gəncin azərbaycanlı-erməni qarışığı olan ailənin üzvləri tərəfindən döyülməsi olub.

Soydaşının qisasını almaq üçün mağazaya gələn dağıstanlılar atəş açaraq erməni mənşəli biznesmeni öldürüb, daha 1 nəfəri isə yaralayıblar. Dağıstanlılardan da 2 nəfərin yaralandığı xəbər verilir.

Hadisə ilə bağlı 4 dağıstanlının da saxlanıldığı xəbər verilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...