Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var - VİDEO

Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var -

Yerevanda Milli Akademik Opera və Balet Teatrının yaxınlığında yerləşən kafenin sökülməsinə etiraz əlaməti olaraq dünəndən etibarən kütləvi aksiya keçirilir.

“Qafqazinfo”nun “news.am” saytına istinadən məlumatına görə, hökumətin qərarından narazı olan işçilər Maştots prospektini, daha sonra Tumanyan küçəsini bağlamağa cəhd ediblər. Əraziyə cəlb olunan polis əməkdaşları vətəndaşlara güc tətbiq ediblər, saxlanılanlar var.

Ölkədə “məxməri inqilab”dan sonra baş tutan ilk toqquşmada etirazçılar Yerevan meri Ayk Marutyanla görüş tələb edirlər.

***

“Sputnik Ermənistan” xəbər verir ki, 16 nümayişçi polis şöbəsinə gətirilib.

***

Kafenin sökülməsi prosesi dayandırılıb. Müəssisənin əməkdaşları Azadlıq Meydanına toplaşıblar.


Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var -
Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var -
Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var -
Yerevanda etirazçılar döyüldü, saxlanılanlar var -

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...