Suriya hökuməti 40 min terrorçunu əfv edib

Suriya hökuməti 40 min terrorçunu əfv edib

Terror qruplaşmaların üzvü olan 40 min nəfərə yaxın Suriya vətəndaşı hökumət tərəfindən əfv edilib.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Milli Barışıq Təşkilatının rəhbəri Yana Həddurun təqdim etdiyi hesabatda bildirilir.

Y. Həddurun sözlərinə görə, Suriya höküməti terror qruplaşmalarının nəzarətindəki bölgələrdə olan 6 min qadının həyatını normal şəkildə davam etdirməsinə imkan yaradıb.

Hesabatda 16 min nəfərin itkin düşdüyü qeyd edilib.

Qeyd edək ki, Suriya Milli Barışıq Təşkilatı ötən ilin sonunda yaradılıb. Təşkilat müharibə zamanı yaxınlarını itirmiş insanlara onları tapmaqda kömək edir, ölənlərin siyahısını dəqiqləşdirir və qaçqınlara qanuni sənəd almaqda yardımçı olur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...