ABŞ indi də Venesuelaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edir

ABŞ indi də Venesuelaya görə Rusiyaya qarşı sanksiyalar tətbiq edir

ABŞ Konqresində “Venesuelaya təsir göstərən” Rusiya və digər xarici ölkələrin vətəndşalarına qarşı sanksiyalar tətbiq olunması barədə qanun layihəsi hazırlanıb.

Sənəd “Rusiya hökuməti adından Venesuelanın təhlükəzilik qüvvələrinə birbaşa dəstək verən şəxslərin” Birləşmiş Ştatlara gəlməsinə və onlara viza verilməsinə xüsusi məhdudiyyətlərin tətbiq olunmasını nəzərdə tutub. Bundan başqa, belə bir vizaya malik əcnəbilərin dərhal bu hüquqlardan məhrum edilib ölkələrinə geri göndərilməsi tələb olunur.

Qanun layihəsinin mətnində Rusiyanın Qərb yarımkürəsində mövcudiyyətini artırdığı və bu gəlişmənin ABŞ-da və bütöbvlükdə bölgədə xüsusi narahatlıq doğurduğu vurğulanıb.

Xüsusilə müəlliflər keçən ilin dekabrında Rusiyanın iki ədəd ağır Tu-160 strateji raket daşıyıcı təyyarəni, An-124 ağır hərbi nəqliyyat təyyarəsini və uzun magistrallı İl-62 hərbi təyyarəsi göndərdiyini xatırladıblar.

Layihədə rəsmi Moskvanın Maduro rejiminə ciddi maliyyə dəstəyi verdiyi qeyd olunur. Məsələn, bu ilin martın 12-də dövlət katibi Maykl Pompeo Rusiyanın sanksiyalara rəğmən Venesueladan neft almaqda ittiham etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...