Venesuela yenidən işıqsız qaldı

Venesuela yenidən işıqsız qaldı

Venesuelada yaranan enerji problemi nəticəsində ölkənin 23 ştatından 16-sı, o cümlədən paytaxt regionu yenidən işıqsız qalıb.

Bu barədə RİA Novosti Karakas polisindəki mənbəyə istinadən informasiya yayıb.

“Hazırkı vəziyyətə görə, paytaxt regionu, həmçinin ölkənin 16 ştatı tamamilə və ya hissə-hissə işıqsız qalıb: Miranda, Taçira, Falkon, Sukre, Araqua, Yarakuy, Merida, Nueva-Esparta, Varqas, Portuqesa, Lara, Ansoateqi, Karabobo, Bolivar, Suliya və Barina”, - mənbə bildirib.

Cari ayda ikinci dəfə baş verən genişmiqyaslı enerji kəsintisi Bakı vaxtı ilə 21:30-da qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
525 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...