Ukraynada silsilə partlayışlar - VİDEO

Ukraynada silsilə partlayışlar -

Ukraynanın Kropivnitsk şəhərində silsilə partlayışlar baş verib.

Lenta.ru-nun məlumatına görə, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Partlayışların qaz stansiyasının ərazisində baş verdyi bildirilir. Şahidlər azı dörd partlayışın baş verdiyini qeyd edirlər. Partlayış dalğası yaxınlıqdakı yaşayış evlərinin şüşələrini dağıdıb, rayonlardan biri işıqsız qalıb.

Hadisədən sonra ərazidə güclü yanğın meydana gəlib; beş yük maşını, on avtomobil və qonşuluqda yerləşən ikimərtəbəli binanın damının yandığı bildirilir. Üç nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Partlayışın səbəbi araşdırılır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
559 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...