İranda daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

İranda daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb

İranda daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb. “Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası Fövqəladə Hallar İdarəsi sədrinin müavini Həmidrza Hankeh bildirib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 265 nəfər yaralanıb: “Fars əyalətində 21, Gülüstanda 7, Mazandaranda 5, Şimali Xorasanda 3, Kohkuliye-Boyer Əhməd və Loristanda 2, Kirmanşah, Xuzistan, Həmədan və Simnanda hərəsində bir nəfər ölüb”.

H.Hankeh 265 yaralıdan 47-nin müxtəlif xəstəxanalarda müalicə olunduğunu vurğulayıb. Qeyd edək ki, leysan yağışları nəticəsində İranın paytaxtı Tehran şəhərinin bir hissəsi, o cümlədən ölkənin 31 əyalətindən 28-də şəhər və qəsəbələri su basıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
557 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...