Ermənistanda “Rossiya” telekanalının yayımı məhdudlaşdırıla bilər

Ermənistanda “Rossiya” telekanalının yayımı məhdudlaşdırıla bilər
Ermənistan parlamentində “Rossiya” dövlət kanalının yayımının məhdudlaşdırılması müzakirə edilib.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın lideri olduğu “Mənim addımım” fraksiyasının deputatı Narine Tuxikyan Elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman üzrə daimi komissiyanın “Milli komissiyanın televiziya və radionun fəaliyyəti haqqında” hesabatını qanunverici orqanın sədri Tiqran Akopyana xatırladıb.

“Mən Ermənistan ərazisində bu televiziyanın yayımının məhdudlaşdırılması və ya tamamilə dayandırılması, yaxud bəzi proqarmların yayımlanması məsələsi ilə maraqlanmışam”, - o bildirib.
Parlamentin sədri cavabında vurğulayıb: “Bu telekanalın yayımlanması Ermənistanın informasiya məkanı üçün müəyyən təhlükə yaradır. Bir çox ölkələr, o cümlədən Gürcüstan və Ukrayna artıq bu ideyanı reallaşdırıblar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
599 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...