“Taliban” Əfqanıstanda “yaz hücumunun” başladığını elan edib

“Taliban” Əfqanıstanda “yaz hücumunun” başladığını elan edib

“Taliban” hərəkatı Əfqanıstanda vəziyyətin nizamlanması üzrə ABŞ-la danışıqlara baxmayaraq, ölkədə “yaz hücumunun” başladığını elan edib. AZƏRTAC Associated Press informasiya agentliyinə istinadla xəbər verir ki, “Taliban” aprelin 12-də 5 dildə məlumat yayaraq xarici qüvvələr Əfqanıstandan çıxarılana qədər hərbi əməliyyatların davam edəcəyini bildirib. Bəyanatda, həmçinin dinc sakinlər arasında itkilərdən yayınmaq barədə çağırışlar da yer alıb.

“Taliban” hərəkatının bəyanatı dinc nizamlama yollarının axtarışı üzrə ikinci konfrans ərəfəsində dərc olunub. Konfransda həm Əfqanıstan hökuməti nümayəndələrinin, həm də taliblərin iştirakı gözlənilir. Tədbirin aprelin 14-15-də Dohada keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, ABŞ son aylar “Taliban” hərəkatı ilə apardığı danışıqlar nəticəsində ölkədə uzun illərdir davam edən münaqişənin həll yolları barədə razılıq əldə edib.

Birləşmiş Ştatlar və müttəfiqləri 2001-ci ildən Əfqanıstanda “Taliban” hərəkatı və digər qruplaşmalara qarşı hərbi əməliyyatlar aparır. Bu, ABŞ Silahlı Qüvvələrinin tarixində ən uzun sürən hərbi kampaniyadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...