Qırğızıstanda "svinka"ya yoluxanların sayı 300 nəfəri keçib

Qırğızıstanda "svinka"ya yoluxanların sayı 300 nəfəri keçib

Qırğızıstanda bu ilin əvvəlindən 302 nəfər epidemik parotit (qulaqdibi) xəstəliyinə yoluxub. Trend-in məlumatına görə, ötən il eyni müddət ərzində yalnız 64 yoluxma halı qeydə alınmışdı. Bişkek Sanitar-Epidemiologiya Nəzarət Xidmətinin hesabatında deyilir ki, bu xəstəliyə yoluxmanın artmasına səbəb peyvənd olunan şəxslərin sayının azalmasıdır.
Qeyd olunur ki, parotitə yoluxanların 71 faizdən çoxu peyvənd olunmamış şəxslərdir. Hesabatda o da vurğulanır ki, ölkədə hər il peyvəndlərdən imtina halları artır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
610 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...