Türkiyə ordusu dörd şəhid verdi

Türkiyə ordusu dörd şəhid verdi

Türkiyə-İraq sərhədində PKK terror qruplaşmasının üzvlərinə qarşı keçirilən əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Bu barədə “Anadolu” agentliyi Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, xüsusi əməliyyat zamanı PKK yaraqlıları ilə Türkiyə hərbçiləri arasında atışma baş verib. İki türkiyəli hərbi qulluqçu döyüşlər zamanı həlak olub, daha ikisi isə xəstəxanada dünyasını dəyişib. Türkiyə Silahlı Qüvvələrini PKK terrorçularına qarşı yerüstü və hava əməliyyatlarını davam etdirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
792 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...