Rusiyadan Azərbaycana xarici valyutanın keçirilməsinin qarşısı alınıb - FOTOLAR

Rusiyadan Azərbaycana xarici valyutanın keçirilməsinin qarşısı alınıb -

Azərbaycan gömrükçüləri külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun nəzarət zonasına daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Toyota Camry" markalı avtomobilə baxış keçirilib.

Baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində olan karton qutudakı şüşə bankaların arasına yerləşdirilən düyü çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 3 milyon Rusiya rublu aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Rusiyadan Azərbaycana xarici valyutanın keçirilməsinin qarşısı alınıb -
Rusiyadan Azərbaycana xarici valyutanın keçirilməsinin qarşısı alınıb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
678 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...