Vladimir Putin: "Kim Çen In açıq insan, maraqlı həmsöhbətdir"

Vladimir Putin: "Kim Çen In açıq insan, maraqlı həmsöhbətdir"

KXDR lideri Kim Çen In açıq insandır, sərbəst müzakirələr aparır, maraqlı və zəngin həmsöhbətdir. AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu fikirləri Şimali Koreya lideri ilə danışıqların nəticələrini şərh edərkən deyib.

“Kim Çen In yetərincə açıq insandır, gündəlikdə duran bütün məsələlər - həm ikitərəfli münasibətlər, həm sanksiya ilə bağlı vəziyyət, həm Birləşmiş Millətlər Təşkilatı, həm ABŞ-la münasibətlər və əsasən də Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı məsələlər üzrə müstəqil müzakirələr aparır”, - deyə Vladimir Putin jurnalistlərə bildirib.

Rusiya Prezidenti bütün bu məsələlərin müxtəlif cəhətləri barədə Kim Çen Inla ətraflı söhbət etdiyini vurğulayıb. “Təsdiqləyə bilərəm ki, KXDR lideri kifayət qədər maraqlı, zəngin həmsöhbətdir”, - deyə Putin əlavə edib. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Vladivostokda KXDR Dövlət Şurasının sədri Kim Çen Inla bağlı qapılar arxasında iki saata yaxın təkbətək danışıqlar aparıb. Sonra dövlət başçılarının görüşü geniş tərkibdə davam edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
671 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...