Serj Sarqsyanın qızı işdən çıxarılıb - FOTO

Serj Sarqsyanın qızı işdən çıxarılıb  -
Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyanın kiçik qızı Satenik Sarqsyan Səhiyyə Nazirliyində tutduğu vəzifədən azad edilib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, işdən öz istəyi ilə çıxmaqla bağlı ərizə yazıb.
Bildirilib ki, S.Sarqsyan 2016-cı ildə üçüncü övladını dünyaya gətirib və analıq məzuniyyətinə çıxıb. Bu günlərdə onun
məzuniyyət müddəti başa çatıb.
Serj Sarqsyanın qızı işdən çıxarılıb  -

Səhiyyə Nazirliyi gələcək fəaliyyəti ilə bağlı S.Sarqsyana müraciət edib. Satenik isə onlara cavab olaraq işdən azad edilməsi barədə ərizə göndərib.

Ermənistanın Səhiyyə naziri Arsen Torosyan onun ərizəsini qəbul edib və sabiq prezidentin qızının işdən çıxarılması barədə əmr imzalayıb. Qeyd edək ki, Serj Sarqsyanın Anuş və Satenik Sarqsyan adlı iki qızı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
681 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...