Meksikada təyyarə dağlara çırpıldı - 13 ÖLÜ

Meksikada təyyarə dağlara çırpıldı - 13 ÖLÜ

Meksikanın Koauila ştatının Monklova bələdiyyəsi ərazisində "Bombardier Challenger 601" tipli özəl biznes-sərnişin təyyarəsi qəzaya uğrayıb.

ONA-nın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, təyyarə dağlıq ərazidə yerə çırpılıb.

Nəticədə sərnişin təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvü həlak olub. Bölgənin ictimai təhlükəsizlik nazirliyi tərəfindən yayılmış məlumatda qəza nəticəsində 13 nəfərin öldüyü təsdiqlənib.

Bildirilir ki, təyyarədə olanlardan üçü ekipaj üzvü, 10 nəfəri isə sərnişin olub. Təyyarə Okampo bələdiyyəsinin əlçatmaz dağlarına düşüb. İlkin məlumata görə, təyyarə tufana düşüb, bundan sonra pilot məcburi eniş etmək istəyib.

Qeyd edək ki, təyyarə ABŞ-ın Las-Veqas şəhərindən Meksikanın Monterrey şəhərinə uçurmuş.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...