Hamı işdən çıxarılacağını gözləyirdi, general oldu

Hamı işdən çıxarılacağını gözləyirdi, general oldu
Ukraynada prezident postundan getməyə hazırlaşan Petro Poroşenko 24 nəfərə general rütbəsi verib.

“Qafqazinfo”nun “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, təltif edilənlər sırasında adı korrupsiya qalmaqalında hallanan bir neçə nəfər də var. Bunlardan biri isə Odessa vilayətinin prokuroru, prezidentin oğlunun 33 yaşlı dostu Oleq Juçenkodur.

Qeyd olunur ki, general-leytenant rütbəsi verilən gənc prokurorun Odessa vilayətində hökm sürən korrupsiya, özbaşınalıq, üstü açılmamış yüngül cinayətlərə görə vəzifəsindən kənarlaşdırılması gözlənildiyi halda onun bu ada layiq görülməsi birmənalı qarşılanmayıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
70 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...