Tramp Ağ Evdə iftar verdi

Tramp Ağ Evdə iftar verdi

ABŞ Prezidenti Donald Tramp Ramazan ayı münasibətilə Ağ Evdə iftar süfrəsi təşkil edib. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, iftara müsəlman dövlətlərin ABŞ-dakı diplomatik nümayəndəliklərinin üzvləri dəvət olunub. “Bütün dünyadakı müsəlmanların Ramazan ayını qeyd etdiyi bu xüsusi vaxtda iftar yeməyinə Ağ Evdə ev sahibliyi etmək mənim üçün şərəfdir”, - Tramp bildirib. Qeyd edək ki, Ağ Evdə iftar ənənəsi təxminən 20 ildir mövcuddur. Bu ənənəni yalnız 2017-ci ildə iftar mərasimi təşkil etməyən Donald Tramp pozmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
659 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...