Yerevanın keçmiş meri və sabiq nazirin həbsi gözlənilir

Yerevanın keçmiş meri və sabiq nazirin həbsi gözlənilir

Yerevanın keçmiş meri və Ermənistanın sabiq nəqliyyat naziri Qaqik Beqlaryanın adı üç cinayət işində hallanır.
“Report” xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.
Bildirilib ki, Qaqik Beqlaryana qarşı müxtəlif sui-istifadə hallarına görə cinayət işi başlanılıb: “Bura Yerevanın meri olan zaman Şimal-Cənub yolunun tikintisinə ayrılan vəsaitin mənimsənilməsi də daxildir”.
Qəzetin yazdığına əsasən, yaxın zamanda Ermənistan ictimaiyyəti daha bir böyük cinayətin üstünün açılmasının şahidi olacaq.
Qeyd edək ki, bu ilin aprel ayında Beqlaryan Şimal-Cənub avtomobil yolunun tikintisinə sərf edilən xərclərlə bağlı İstintaq Komitəsində ifadə verib.
Serj Sarqsyanın hakimiyyəti zamanı Prezident Administrasiyasının əməkdaşı Aram Kandanyanı döydüyü üçün Beqlaryana qarşı cinayət işi açmaq istəsələr də, sonradan uyğun qurumlar bunu davam etdirməyiblər.
Keçmiş mer və nazir Ermənistanda qalmaqallı dövlət məmuru sayılıb. Beqlaryanlar ailəsinin qanunsuz yolla milyonlara sahib olduğu barədə məlumatlar yayılıb. Akop Beqlaryan Respublikaçılar Partiyasından deputat olub. O, Şəhərsalma üzrə Dövlət Komitəsi sədrinin müavini işləyib.
Qaqik Beqlaryan Ermənistanda “mafioz” kimi də tanınır.
Xatırladaq ki, “Qara Qaqo” ləqəbli Beqlaryan 1964-cü il yanvarın 1-də Yerevanda doğulub. 1993-cü ildə Ermənistan parlamentinə deputat seçilib. 2006-cı ildən keçmiş hakim Respublikaçılar Partiyasının üzvüdür. Hazırda bu partiyanın icraiyyə komitəsinin rəhbərliyinə daxildir. 2002-2009-cu illərdə Yerevan şəhərində “Kentron” icmasının başçısı olub. 2009-2010-cu illərdə Yerevanın meri, 2012-2016-cı illərdə Ermənistanın nəqliyyat və rabitə naziri vəzifəsində işləyib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
71 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...