Ermənistanda taksi sürücüləri etiraz aksiyası keçirirlər

Ermənistanda taksi sürücüləri etiraz aksiyası keçirirlər

Bu gün səhər saatlarından Ermənistanda taksi sürücüləri etiraz aksiyasına başlayıblar.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, aksiya ölkənin üçüncü böyük şəhəri olan Vanadzorda keçirilir.
Aksiya iştirakçıları etiraz əlaməti olaraq avtomobillərini Lori vilayətnin mərkəzi binasının, Vanadzor şəhər merliyinin qarşısındakı “Ayka” meydanında saxlayıblar.

Sürücülər maye qazın qiymətinin bahalaşmasına etiraz edirlər, onun ucuzlaşdırılması tələbini irəli sürüblər. Aksiya iştirakçıları səlahiyyətli orqanların nümayəndələri ilə görüşmək istəyirlər. Qeyd edək ki, bu il mayın 1-dən Ermənistanda maye qazın qiyməti bahalaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...