Arsen Venqer: “Arsenal” və “Çelsi”nin Bakıda problemi olmamalıdır

Arsen Venqer: “Arsenal” və “Çelsi”nin Bakıda problemi olmamalıdır

Bakıdakı şərait hər iki komanda üçün eynidir. Oxu.Az xəbər verir ki, bunu hazırda Qətərin “beIN Sports” telekanalında mütəxəssis kimi çalışan Arsen Venqer deyib. “Arsenal”ın 69 yaşlı sabiq baş məşqçisi telekanalın qarşısına şərt qoyub:

“22 il işlədiyim “Arsenal”ın oyunlarında mütəxəssis kimi çıxış edə bilmərəm. Mən onların oyununa azarkeş kimi baxıram. Onlar qalib gələndə sevinirəm, pis oynayanda məyus oluram. Ona görə də Bakıdakı finala getməyəcəyəm”.
O, daha sonra final oyununun Bakıda keçirilməsi ilə bağlı danışıb. Təcrübəli mütəxəssis onu bildirib ki, şəraitdən heç bir komandanın şikayətlənməyə haqqı yoxdur:

“Final finaldır. Komandaların Bakıda problemi olmamalıdır. Onlar ideal şəraitdə qalır, çarter reysi ilə uçur, təyyarədə gözəl biznes yerlərdə otururlar. Yalnız fanatlar üçün bunu demək olmaz”.Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
578 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...