Çində qayığın çevrilməsi nəticəsində 13 nəfər ölüb

Çində qayığın çevrilməsi nəticəsində 13 nəfər ölüb
Çinin Quyçjou əyalətindən keçən Beypantszyan çayında qayığın çevrilməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Sinxua" məlumat yayıb.

Çinin Mərkəzi televiziyası mayın 24-də qayığın çevrilməsi nəticəsində 10 nəfərin öldüyü, daha 13-nün isə itkin düşdüyü barədə xəbər yayıb.

"Sinxua"nın yazdığına görə, ötən bazar aparılmış əməliyyat-axtarış əməliyyatları nəticəsində bütün ölənlərin meyitlərini tapmaq və onların şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.

Hadisə mayın 23-də Çjenfen qəzasında baş verib. Qayığın göyərtəsində 29 nəfər olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
546 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...