İran nüvə silahından imtina etdi

İran nüvə silahından imtina etdi

İran nüvə silahlarını inkişaf etdirməyə çalışmır.

Baku.News bildirir ki, bu barədə ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz “Twitter” hesabında yazıb.

“Əli Xamenei (İranın II ali rəhbəri) çoxdan bizim nüvə silahı axtarışında olmadığımızı deyib. Onları qadağan edən fitva verib” - diplomatın postunda deyilir.

Xatırladaq ki, mayın 20-də İranın nüvə yanacağını dörd dəfə artırdığı məlum olmuşdu.

Ondan əvvəl 15 mayda isə İslam Respublikasının 2015-ci ildə bağlanan nüvə proqramı barədə bəzi öhdəlikləri yerinə yetirməyi dayandırdığı bildirilib.

Qeyd edək ki, 2018-ci ilin mayın əvvəllərində ABŞ prezidenti Donald Tramp Tehran Birgə Hərtərəfli Tədbirlər Planından (JCPOA) Vaşinqtonun birtərəfli çıxması barədə bəyanat verib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...