Ekspertlər: "Bu il Rusiya vətəndaşlarının real gəlirləri azalacaq"

Ekspertlər: "Bu il Rusiya vətəndaşlarının real gəlirləri azalacaq"

Bu il Rusiya vətəndaşlarının real gəlirlərinin azalacağı gözlənilir. “Report” xəbər verir ki, bu qənaətə Rusiya İqtisadi Məktəbinin, eləcə də Prezident yanında Milli İqtisadiyyat və Dövlət İdarəsi Akademiyası ekspertləri gəliblər.

Onların fikrincə, 2019-cu ildə əhalinin real gəlirlərinin artması üçün heç zəmin yoxdur. Əksinə, gəlirlərdə azalma baş verə, vətəndaşların alıcılıq qabliyyəti aşağı düşə bilər.

Qeyd edək ki, 2013-2018-ci illərdə Rusiya vətəndaşlarının real gəlirləri 8,3% azalıb. Son 6 il ərzində bu göstəri yalnız ötən il - 1% artım nümayiş etdirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
573 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...