İrəvanda yenə insanlar küçələrə axışdı - bu dəfə bukmeker kontorlarının işçiləri

İrəvanda yenə insanlar küçələrə axışdı -
Ermənistan bukmeker kontorlarının əməkdaşları Yerevanda Baqramyan prospektini bağlayıblar. “Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, aksiya iştirakçıları onların fəaliyyəti ilə bağlı təqdim edilən qanun layihəsinə etirazlarını bildirirlər.

Parlamentin binası qarşısına toplaşan etirazçılar qurumun sədri Ararat Mirzoyanla görüş tələb edib. Aksiyaçılar bildiriblər ki, bu qanun minlərlə insanın işsiz qalmasına səbəb olacaq.

Onlar yeni sistemə uyğunlaşmaq üçün ilyarım möhlət istəyirlər. Qanun layihəsinə əsasən, oyun avtomatları və başqa əyləncəli oyunlar, o cümlədən totalizatorlar Saxkadzor, Sevan, Cermuk və Meqri də fəaliyyət göstərə bilər. Sənədə əsasən, tətbiq edilən qaydaları pozanlar cərimələnəcək.

Qeyd edək ki, layihənin müəllifi parlament sədirinin müavini Alen Simonyandır. Sənəd qanunverici orqanın İqtisadiyyat məsələləri üzrə komissiyasında qəbul edilib. Qanun layihəsində lotoreya, əyləncəli oyunlar, oyun avtomatlarının istismarı və totalizatorların fəaliyyətinə nəzarətin gücləndirilməsi əks olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
600 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...